fbpx

“Vasif Məhərrəmli bizə dedi ki, kişi deyilsiniz”

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Vasif Məhərrəmli “Qurd qapısı” restoranını quldurluq etməkdə ittiham edərək bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

Metbuat.az xəbər verir ki, Oxu.az məsələ ilə bağlı adıçəkilən restoranın inzibatçısı Orxan Abdullayevlə əlaqə saxlayıb.
Saytımıza açıqlama verən restoran nümayəndəsi qeyd edib ki, onları təhqir edərək işgüzar nüfuzlarına zərər vuran müğənni ilə bağlı aidiyyəti qurumlara şikayət edəcəklər:
“Vasif Məhərrəmli hesab üstündə şər atır. Müxbirlərlə gəlib çəkiliş etməyə. Onlara qulluq olunub, xidmət göstərilib. Axırda 110 manat hesabı görəndə dedi ki, “25 manat çay dəstgahının pulunu çıxın, içməmişik”. Dedik ki, bunu əvvəlcədən demək lazım idi, siz artıq durub gedirsiniz, indi deyirsiniz. Ofisiantın maaşı var orada. Dedi ki, yox, çayın pulunu vermirəm. Təkid etdik ki, siz verməsəniz, həmin pul ofisiantın maaşından çıxılacaq. Başladı bizi təhqir etməyə, əlini vurdu masaya, xanımların yanında bizə dedi ki, “siz kişi deyilsiniz”.

Ona nə əl atdıq, nə də ağır söz dedik. Gedib üstümüzə şər atır. Bu gün adamları gəldilər, üzrxahlıq etdilər onun adından, dedilər, özü səhvini başa düşüb, sözünü geri götürür, gələcək. “Instagram”dan da silib paylaşımı. Silsə də, həmin görüntü digər sosial şəbəkələrdə və saytlarda sürətlə paylaşılıb. Mən adamlarına da dedim, aidiyyəti qurumlara şikayət edəcəm. Tapşırsın bütün adamlarına, sosial şəbəkələrdən sildirsin xəbəri, bizim adımızı qaralayıb”.

Məsələ ilə bağlı açıqlama verən Vasif Məhərrəmli isə mötəbər yerlərdən gələn zənglərə və xahişlərə görə paylaşımını sildiyini bildirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin