“Vətənimizə xidmət etmək həyatımın ümdə məqsədi olacaq”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Dövlət başçısının və hər bir vətəndaşımızın etimadını doğrultmaq, qüvvəm və imkanım daxilində sevimli Vətənimizə xidmət etmək bundan sonra da həyatımın ümdə məqsədi olacaq”.
Metbuat.az xəbər verir ki, bunu ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alan Vilayət Quliyev özünün feysbuk hesabında yazıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük etimad göstərərək 4 may 2022-ci il tarixli sərəncamı ilə məni ölkəmizin Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edib. Bu münasibətlə tanıdığım və tanımadığım yüzlərlə insan sosial şəbəkə vasitəsi ilə təbriklərini çatdırıb, gələcək fəaliyyətimlə bağlı xoş arzularını bildirib. Hər kəsə səmimi təşəkkürümü, minnətdarlığımı yetirirəm”, – o əlavə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.