Xəbərlər

“Azərbaycanın neft hasilatı üzrə kvotası artırılıb”

BEY.AZ informasiya agentliyi xəbər verir


Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Bu barədə bey.az-a Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, iyun ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 7 min barel artırılaraq 695 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 23 min barel həcmində olması nəzərdə tutulur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilmiş qərara əsasən, gündəlik xam neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə artımı 2022-ci ilin may ayından tətbiq edilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

Başa dön tuşu