fbpx

Su ehtiyatlarımız azalır – Bunun qarşısını almaq üçün nə etməliyik?

BEY.AZ informasiya agentliyi xəbər verir


“2040-cı ildə Azərbaycanın içməli su ehtiyatlarının 10-15% azalacağı ilə bağlı proqnozlar var. 2070-ci ildə isə bu rəqəm 20-25%-ə çata bilər”.

Metbuat.az xəbər verir ki, bu fikirləri su məsələləri üzrə ekspert, Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov saytımıza açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda içməli su mənbələrinin çirklənməsi olduqca aktual mövzudur: “Əlbəttə ki, içməli su mənbələrinin çirklənməsi ən aktual problemdir. Bu, xüsusilə kəndə yerlərində vacibdir. Çünki şəhər yerlərində evlərə verilən su xüsusi təmizləmədən keçir. Lakin kənd yerlərində əhali birbaşa mənbədən istifadə edir. Əksər ərazilərimizdə isə heç bir təmizləmə aparılmır. Buna görə də kənd yerlərində içməli su mənbələrinin çirklənməsinin qarşısını almaq günün ən vacib məsələlərindən biridir”.

Ekspert qeyd edib ki, su çirklənməsindən əlavə, Azərbaycanda içməli su çatışmazlığı var: “Problem təkcə su çirklənməsi deyil, içməli su çatışmazlığımız var. Nəyə görə Azərbaycanda su çatışmazlığı var? Nəzərə almalıyıq ki, su ehtiyatlarımızın 75%-ə yaxını xarici ölkələrin ərazisində formalaşır, xüsusilə Türkiyə, Gürcüstan. Əlbəttə ki, İrandan və Ermənistanda da Azərbaycana çaylar gəlir.

Bir növ biz su ehtiyatları ilə təmin olunma baxımından adını çəkdiyimiz ölkələrdən asılı vəziyyət düşmüşük. Bu ölkələrin ərazisindən su götürmələri getdikcə artır, iqlim dəyişmələrinin təsiri də çoxalır. Transsərhəd su götürülmələrinin azaldılması üçün Azərbaycan yuxarı axın ölkələri ilə – Türkiyə, Gürcüstan, Ermənistanla danışıqlar aparmalı, razılaşmalar əldə olunmalıdır.

İqlim dəyişmələrinin bu məsələyə təsirinə gəlincə, 2040–cı ildə Azərbaycanın su ehtiyatlarının 10-15% azalması proqnozları var. 2070-ci ildə isə bu rəqəm 20-25%-ə çata bilər”.

Problemin həlli yoluna da toxunan R.Abbasov görülən tədbirlərin vacibliyini qeyd edib:

“Buna görə də biz kənd təsərrüaftının içməli su sektorunda adaptasiya tədbirlərini (iqtisadiyyatın müxtəlif strukturlu istehsal sahələrini daha az su tələb edən texnologiyanın üstündə qurulması – red.) həyata keçirməliyik. elə etməliyik ki, gələcəkdə ölkədə fəaliyyət göstərən bütün müəssisələr – tarlalar, kənd təsərrüfatı müəssisələri daha az su tələb etsin. Məsələn, kənd təsərrüfatında suvarmaya qənaət edən texnologiyalarına üstünlük verilməlidir.

Onu da qeyd edək ki, çaylarımızın özü ekosistemdədir. Onların özlərinin də suya ehtiyacı var. Azərbaycanın Xəzərə tökülən çayları çox qiymətli balıq növləri ilə zəngindir. Ona görə də, bu çayların qorunması, ekoloji axım ehtiyaclarının təmin olunması çox vacibdir”.

Gülər Seymurqızı / METBUAT.AZ

Yazı Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə ekologiya və
ətraf mühitin mühafizəsi mövzusu üzrə dərc olunub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin