ÜST Rusiyadakı ofisini bağlaya bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələn həftə təşkilatın Moskvadakı regional ofisinin bağlanmasını müzakirə edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ofisin başlanmasını nəzərdə tutan qətnamə Ukraynanın müraciəti əsasında hazırlanıb.
Sənədi Ukraynadan başqa, Fransa, Almaniya və Türkiyə də daxil olmaqla azı 38 ölkə imzalayıb. ÜST-nin regional ofisinin nümayəndəsi “Reuters” agentliyinə bildirib ki, layihəyə mayın 10-da baxılacaq.
Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı ofisi 1998-ci ilin dekabrında yaradılıb. Rusiya Federasiyasında təşkilat vərəmlə, HİV-lə mübarizə proqramları həyata keçirir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.