Lavrov Rusiya ordusunun Ukraynaya hücumunu biləndə ŞOKA DÜŞÜB: Putin hamıdan gizlədib…
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya Prezidenti Vladimir Putin ətrafındakı şəxslərə Ukraynada irimiqyaslı hücum həyata keçirəcəyi barədə məlumat verməyib.
Metbuat.az xəbər verir ki, araşdırmaçı jurnalist bolqarıstanlı Xristo Qrozev öz mənbələrinə istinadən belə deyib. O bildirib ki, Putin qərarını heç kimə deməyib. Xristo Qrozevin sözlərinə görə, hətta xarici işlər naziri Serge Lavrov Ukrayna sərhədlərindəki təlimlərin müharibə hədəsindən ibarət olacağını güman edirdi və diplomat bunun real müharibəyə çevriləcəyini biləndə şoka düşüb.
Qeyd edək ki, bəzi mənbələrdə Putinin Ukraynaya hücum qərarını 3 şəxslə birgə qəbul etdiyi yazılır. Bildirilir ki, Putinin Ukraynanı işğal planına müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev dəstək verib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.