fbpx

Prokurorluq Lənkərandakı qətllə bağlı məlumat yaydı

BEY.AZ informasiya agentliyi xəbər verir


Mayın 6-da Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Sakit İbrahimzadənin bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran Rayon Prokurorluğundan Metbuat.az-a verilən məlumata görə,Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sakit İbrahimzadənin sol bud nahiyəsinə bıçaqla xəsarət yetirib, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hüseyn Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin