fbpx

COVID kabusu yenidən dünyanı bürüyür: yoluxma sayı 1500-ü ötdü

BEY.AZ informasiya agentliyi xəbər verir


Çinin ardından İspaniya və Portuqaliyada da koronavirusa yoluxma halları artmağa başlayıb.

Metbuat.az xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyi son iki həftədə yoluxma sayının təxminən iki dəfə artdığını bildirib.

Ölkədə hər 100 min nəfərdə yeni yoluxma halları ötən 14 gün ərzində 459-dan 813-ə yüksəlib. Navarra bölgələrində isə bu rəqəmin 1500-dən çox olduğu bildirlib.

Digər tərəfdən, xəstəxanaya yerləşdirilən COVID-19 xəstələrinin sayı aprelin 1-dən etibarən 65 faiz artaraq 6858-ə (362 nəfər reanimasiyadadır) çatıb.

Pireney yarımadasının digər ölkəsi Portuqaliyada da həyəcan təbili çalınmağa başlanıb.

Səhiyyə Baş İdarəsinin məlumatına görə, 26 aprel-2 may tarixlərində ölkədə 76 183 nəfərdə COVİD-19-a yoluxma faktı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 dəfə çoxdur.

Hər 100 000 nəfərə düşən yoluxma hallarının sayının 740 olduğu Portuqaliyada hazırda 1119 COVID-19 xəstəsi xəstəxanalarda müalicə olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin