Şəhriyar növbəti dəfə heç-heçə etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin dördüncü turunun oyunları keçirilib.
Metbuat.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ağ fiqurlarla yerli idmançı Boqdan Daneel-Dyak ilə mübarizə aparıb. Tərəflər 40-cı gedişdə sülhə razılaşıblar.
Qeyd edək ki, şahmatçımız birinci turda ABŞ təmsilçisi Uesli Soya uduzub, növbəti iki turda macarıstanlı Riçard Rapport və Maksim Vaşye-Laqravla (Fransa) heç-heçə edib.
Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.