fbpx

Hədələnən jurnalist Bakı Şəhər Baş Polis İdarəsində ifadə verib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Mayın 8-də bıçaqlı hücuma məruz qalan jurnalist Aytən Məmmədova bu gün səhər saatlarında Bakı Şəhər Baş Polis İdarəsində olub.

Metbuat.az xəbər verir ki, jurnalisti Bakı Şəhər Baş Polis İdarəsində rəis müavini qəbul edib.

“Digər vəzifəli şəxslər də görüşdə iştirak etdi. Mənə bildirildi ki, işin araşdırılması istiqamətində müəyyən addımlar atılıb. Hazırda araşdırma davam edir”,- deyə A.Məmmədova bildirib

Rüya tabirlerini burdan oku

Jurnalist Aytən Məmmədova mayın 8-də axşam naməlum şəxsin hücumuna məruz qalıb. Hadisə ötən gecə Binəqədi rayonu, 9-cu mikrorayonda baş verib. Aytən Məmmədova yaşadığı binanın liftinə daxil olanda ortayaşlı bir kişinin hücumuna məruz qalıb.

“Boğazımdan sıxa-sıxa dedi ki, sən ağıllanmadın? Qızımın ünvanına təhdid xarakterli söz işlətdi”, – jurnalist hadisə barədə danışarkən deyib. Həmin şəxs jurnalisti adını çəkmədiyi məhkəmə işinə görə hədələyərək yazmamasını tələb edib.

A.Məmmədovanın boğazında xəsarət izi qalıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu