fbpx

Rusiya-Ukrayna savaşı 3-cü Dünya Müharibəsi sayıla bilərmi?

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bütün göstəricilərinə və xarakterinə görə bu Qərblə Rusiyanın müharibəsidir. Başqa sözlə, 3-cü dünya müharibəsidir”.

Metbuat.az xəbər verir ki, bunu saytımıza şərhində politoloq Sədrəddin Soltan deyib. Onun sözlərinə görə, Rusiya – Ukrayna müharibəsinin miqyası sosial-iqtisadi baxımdan genişlənib. Bu savaşdan dünyanın bir çox ölkələri ziyan görürlər. Bu istiqamətdə proses davam edir. Hətta Rusiyanın nüvə silahından istifadə edəcəyinə dair fikirlər də var. Politoloq isə hazırda bu ehtimalın çox az olduğunu deyir:

“Ukrayna müharibəsi zamanı da Rusiyanın nüvə silahından istifadə edəcəyinə dair fikirlər və ehtimallar səslənir. Ancaq bu ağılsız addımı hər hansı tərəfin indiki şəraitdə atacağı ehtimalı çox azdır. ABŞ və Qərb dövlətləri İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, bir təfərə, indiki şəraitdə Ukraynaya münasitbətdə belə həmrəylik nümayiş etdirirlər. Almaniyanın Raynştayn şəhərində ABŞ-ın hərbi bazasında keçirilən tədbir bunu təsdiqləyir. Həmin toplantının nəticəsi olaraq, Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplandı. Bu yığıncaqda ABŞ, Avropa İttifaqına üzv ölkələr, Böyük Britaniya və baqa dövlətlərin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları birmənalı olaraq, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pisləyiblər. Hadisələr göstərir ki, Ukraynanın ərazi bütövülüyü və suverenliyini müdafiə edənlərin sayı çoxdur. Daha doğrusu bu müharibədə heç bir dövlət Rusiyaya haqq qazandırmır. Onun müttəfiqləri sayılan Çin və İran belə NATO-nu, Qərbi vəziyyətin bu yerə gəlib çatmasında qınasalar da, Rusiyanın haqlı müharibə apardığını açıq-aşkar bəyan etməyiblər. Çin və İranın bu və ya başqa şəkildə ona yardımı istisna olarsa, bu qarşıdurmada Rusiyanın havadarı yox dərəcəsindədir. O zaman Rusiyanın dünya dövlətlərinin çoxunun silah, maliyyə, sursat, hərbi texnika və s. cəhətdən yardım etdiyi Ukrayna ilə müharibəsini necə adlana bilər? Fikirmizcə, bu 3-cü dünya müharibəsidr. Bütün göstəricilərinə və xarakterinə görə bu Qərblə Rusiyanın müharibəsidir. Başqa sözlə, 3-cü dünya müharibəsidir”.

Sədrəddin Soltan

Müsahibim deyir ki, Rusiyanın Kiyevi bombalamaqla Ukrayna hakimiyyətinin qorxudaraq indiki hakimiyyəti öz tərəfdar ilə əvəzləmək planı iflasa uğradı:

“Ukrayna hakimiyyəti işğala qarşı mübarizəyə qalxdı. Dünya 83 il əvvəl olduğu kimi işğala qarşı mübarizəyə qalxıb, azadlığın müdafiəsinə qalxdı. Əslində, Ukrayna bolşevik işğalından əvvəl, İkinci Dünya müharibəsi illərində belə müstəqil olmağa can atıb, Avropaya inteqrasiyaya üstünlük verib. İndi də belədir. Qərblə Rusiyanın ziddiyyətinin toqquşması nəticəsində Ukrayna əhalisi əziyyət çəkir, minlərlə günahsız dinc sakin, uşaq, qadın, yaşlı, xəstə həlak olur, öz torpaqlarını işğaldan qoruyan ukraynalı hərbçilər, müdafiəçilər ölür. Bu müharibə Rusiyaya da ucuz başa gəlmir. Rusiya 75 gün ərzində 26 min hərbçisini artıq itirib. İndiki şəraitdə Ukraynanın dirçəlməsi üçün 600 milyard dollar maliyyə vəsaitinə ehtiyac olduğu bildirilir. Ərazisində müharibə getməsə də, Rusiya iqtisadiyyatına milyardlarla dollar ziyan dəydiyi istisna edilmir.

Bu savaş dünya iqtisadiyyatına da təsirsiz ötüşməyib. Qlobal taxıl tələbatının 1/3 hissəsi, günəbaxan yağının isə 2/3 hissəsi Rusiya və Ukraynanın payına düşür. Əsasən, Yaxın Şərq və Afrikanın şimalındakı ölkələrin ərzaq təhlükəsizliyi Rusiya və Ukraynadan asılıdır. Dünyada enerjidaşıyıcılarının təhlükəsizliyində də ciddi problemlər yaranıb. Qlobal iqtisadiyyatın üzləşdiyi problemlər və dəyən ziyan bundan sonra da müzakirə olunacaq. Bu da müharibənin xarakter etibarilə dünya savaşı olduğunu təsdiqləyir. Mayın 9-da ABŞ Prezidenti Cozef Bayden Ukraynaya limitsiz silah-sursat verilməsinə dair qanunu imzalayıb. Yenə meydanda Rusiya var. Ancaq bu dəfə qanun ona qarşıdır. Qanuna əsasən, belə ehtimal etmək olar ki, ABŞ müharibəni Ukraynanın xeyrinə bitirənədək davam etdirəcək. Bundan başqa, Cozef Bayden Ukraynaya əlavə dəstək məqsədilə 33 milyard dollar ayrılması üçün Konqresə müraciət edib”.

ABŞ-nin Prezidenti Cozef Baydenin Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanunu imzalamasına gəlincə:

“Mayın 9-da ABŞ Prezidenti Cozef Bayden Ukraynaya limitsiz silah-sursat verilməsinə dair qanunu imzalayıb. Yenə meydanda Rusiya var. Ancaq bu dəfə qanun ona qarşıdır. Qanuna əsasən, belə ehtimal etmək olar ki, ABŞ müharibəni Ukraynanın xeyrinə bitirənədək davam etdirəcək. Bundan başqa, Cozef Bayden Ukraynaya əlavə dəstək məqsədilə 33 milyard dollar ayrılması üçün Konqresə müraciət edib.

Tarix təkrarlanır. 1941-ci il martın 11-də ABŞ-ın o vaxtkı prezidenti Franklin Ruzvelt faşist Almaniyasına qarşı mübarizədə SSRİ-ni dəstəkləyərək ona limitsiz silah-sursat verilməsi haqqında qanunu imzalamışdı. Əvvəlcə Böyük Britaniya və Çin hərbi yardım alıb. 1941-ci ilin noyabrında proqram Sovet İttifaqını da əhatə edib. Müharibənin sonuna yaxın anti-Hitler koalisiyasına üzv dövlətlərin, demək olar ki, hamısına bu qanun tətbiq edilib. 1942-ci ildə Stalinqradda müharibədə dönüşün yaranması ABŞ-ın limitsiz silah qanunu ilə əlaqələndirilir.

Düzdür, Ukrayna SSRİ, Rusiya faşist Almaniyası, Vladimir Putin isə Hitler deyil. Zaman dəyişib. İndi faşizm iddiası əsasında ziddiyyətin, qarşıdurmanın yaranması da gülünc görünərdi. Heç Rusiya da Ukraynaya qarşı müharibə elan etməyib. Ancaq bütün ziddiyyətlər, aktorların davranışı, ritorikası, itkilər, qaçqınlıq, bir tərəfin bütün istiqamətlərdə daha çox dəstəklənməsi və s. baş verənləri güclər arasında qarşıdurmanın təzahürü kimi dəyərləndirməyə əsas verir. Bu toqquşma müharibə ilə nəticələnir. Odur ki, Ukraynada dünya müharibəsinin getdiyini tərəddüdsüz demək olar.

Dövlətlərarası ziddiyyətlər danışıqlar yolu ilə həll edilməyəndə müharibə baş verir. Elə Rusiya da təhlükəsizliyinin təmin edilməsi məqsədilə Ukraynanın təhlükəsizliyini pozub, Avropa İttifaqını, ABŞ-ı təhdidetmə yolunu tutdu. Nəticədə nüvə və kütləvi qırğın silahı tətbiq edilmədən də dünya müharibəsi başladı”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin