fbpx

Avropa İttifaqının şərq proqramının qrup rəhbəri FHN-də olub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Qiymətləndirmə missiyası çərçivəsində ölkəmizdə səfərdə olan Avropa İttifaqının “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə şərq proqramının (“PPRD East3”) qrup rəhbəri Piter Qlerum Fövqəladə Hallar Nazirliyində olub.

Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə Piter Qlerum Nazirliyin bir sıra məsul şəxsləri ilə görüşlər keçirib və sözügedən proqram çərçivəsində, o cümlədən Aİ-nin Mülki Müdafiə Mexanizmi ilə uzunmüddətli mümkün əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb.

Görüşlər zamanı, həmçinin cari ilin iyun ayında Bakıda fəlakətlərin idarə edilməsi və mülki müdafiə sahəsində mövcud imkanların və ehtiyacların qiymətləndirilməsi, habelə müvafiq dövlət orqanları arasında məlumat mübadiləsi və əlaqələndirmə mexanizmlərinin bir daha sınaqdan keçirilməsi və qiymətləndirilməsi məqsədilə qabaqcadan planlaşdırılmış ssenariyə uyğun olaraq keçiriləcək masaüstü təlimlə bağlı fikir mübadiləsi aparılıb. Görüşlərdə fəlakət risklərinin qiymətləndirilməsi və erkən xəbərdarlıq sistemləri sahəsində gələcək əməkdaşlıq imkanları və şərq proqramının bu sahədə göstərəcəyi dəstəklə bağlı məsələlər də müzakirə mövzusu olub.

Rüya tabirlerini burdan oku

Səfər zamanı qonaq Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və FHN-in Akademiyasında olub, onların fəaliyyəti ilə yerində tanış olub.

FHN-in benefisiarı olduğu Şərq proqramı çərçivəsində Piter Qlerum, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzində, Coğrafiya İnstitutunda və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində fəlakət risklərinin qiymətləndirilməsi, risk xəritələri və erkən xəbərdarlıq sistemləri sahələrində gələcək birgə fəaliyyət imkanları ilə bağlı geniş fikir mübadiləsi aparıb.

Bundan əlavə, “PPRD East3” şərq proqramının fəaliyyət istiqamətinə uyğun olaraq vətəndaş cəmiyyəti təşkilatları ilə birgə əməkdaşlıq, onların fəlakətlərin idarə edilməsi fəaliyyətinə cəlb edilməsi və bu sahədə cari vəziyyətlə bağlı məsələləri müzakirə etmək məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş keçirilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu