fbpx

Məktəblini xilas etməyə çalışan gömrükçü DANIŞDI: “Peşman deyiləm”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm, məyusam”.

Metbuat.az xəbər verir ki, bunu intihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrükçü Zahid Niyazov deyib. O qeyd edib ki, müalicəsini ev şəraitində davam etdirir:

“Artıq hər şey yaxşılaşıb. Sağlamlığıma qovuşduğuma görə əziyyəti keçən hər kəsə – Dövlət Gömrük Komitəsinin sədiri Səfər Mehdiyevə, Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə və həkim kollektivinə, bir gün belə məni diqqətdən kənar qoymayan Hava Nəqliyyatında Baş Gömrük İdrəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqova və şəxsi heyyətinə, Baş Gömrük mühafizə xidmətinin rəhbərliyinə və şəxsi heyətinə, Gömrük Sərhəd Buraxılış Məntəqlərinin İşinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Bəhruz Quliyevə və əziyyəti keçən hər kəsə minnətdaram.

Rüya tabirlerini burdan oku

Allah hamınızdan razı olsun! Vəziyyətimlə maraqlanan hər kəsə təşəkkür edirəm. Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm, məyusam. Xumar balanın valideynlərinə başsağlığı verirəm. Allahdan o gözəl balamıza rəhmət diləyirəm”.

Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu