fbpx

Avropa İttifaqı Ukraynaya daha 500 milyon avro yardım paketi ayıracaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardımın ümumu məbləğini 2 milyard avroya qaldıracaq”.

Metbuat.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel “Böyük-7”-liyin (“G-7”) xarici işlər nazirlərinin toplantısından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Avropa İttifaqı Ukrayna ordusunu dəstəkləmək üçün 500 milyon avroluq yeni yardım paketi ayıracaq. Bununla da Ukraynaya yardımın həcmi 2 milyard avroya yüksələcək”, – o qeyd edib.

Rüya tabirlerini burdan oku

J.Borrel deyib ki, 500 milyon avroluq dəstək ağır silahların alınmasına xəclənəcək: “Ukraynanı zirehli texnika, tank, top, sursatlar kimi hərbi avadanlıqla təmin edəcəyik”.

Aİ rəsmisi vurğulayıb ki, iqtisadi sanksiyalarla Rusiyaya daha çox təzyiq göstəriləcək: “G7”nin toplantısında Rusiyanın beynəlxalq arenada təcrid olunması, enerji və ərzaq qiymətləri, dezinformasiya kimi mövzular müzakirə ediləcək”.

Qeyd edək ki. “G-7”nin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı mayın 12-14-də Almaniyanın Berlin şəhərində keçirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu