fbpx

Cari ildə bu məhsulların ixracı və idxalı azalıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin yanvar-mart aylarında bəzi qeyri-neft məhsullarının ixracı azalıb.

Metbuat.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm
məhsul növlərindən təzə tərəvəz ixracı 50,6 faiz, tütün – 3,4 dəfə, çay – 33,3 faiz, mineral gübrələr – 7,3 dəfə, polietilen – 1,4 faiz, emal olunmamış alüminium – 1,8 dəfə, qara
metallardan çubuqlar – 47,4 faiz, sement klinkerləri – 20,9 faiz, qara metallardan borular
– 36,8 faiz, bentonit gili – 20,3 faiz artmış, təzə meyvə ixracı isə 6,1 faiz, şəkər – 33,9
faiz, bitki yağları – 38,4 faiz, meyvə və tərəvəz şirələri – 37,3 faiz, meyvə və tərəvəz
konservləri – 6,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 41,5 faiz, kartof – 45,1
faiz, təbii üzüm şərabları və üzüm suslosu – 56,9 faiz, pambıq lifi – 30,4 faiz, polipropilen
– 8,0 faiz, pambıq ipliyi – 21,5 faiz, qara metallardan yarımfabrikatlar – 23,2 faiz
azalıb.

Bundan başqa, cari ildə idxal məhsullarında da azalma müşahidə olunub. Belə ki, ötən ilin cari dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-mart aylarında
təzə meyvə idxalı 7,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,5 faiz, unlu
qənnadı məmulatları – 15,4 faiz, kartof – 7,6 faiz, quş əti və onun əlavə məhsulları – 26,5
faiz, minik avtomobilləri – 12,1 faiz, dərman vasitələri – 16,0 faiz, polad prokatı – 31,5
faiz, qara metallardan çubuqlar – 11,2 faiz, rezin şinlər – 23,1 faiz, sintetik yuyucu
vasitələr – 6,3 faiz, polietilen – 1,7 dəfə, mebellər – 2,3 faiz, avtobuslar – 2,3 dəfə, məişət
kondisionerləri – 1,8 dəfə, qara metallardan künclüklər – 19,2 faiz, polipropilen – 25,7
faiz, sement – 7,6 faiz artmış, buğda idxalı isə 2,7 faiz, bitki yağları – 14,5 faiz, xam şəkər
– 24,8 faiz, şokolad və şokolad məhsulları – 5,8 faiz, çay – 2,6 faiz, təzə tərəvəz – 41,5
faiz, mal əti – 51,4 faiz, siqaretlər – 80,8 faiz, qara metallardan borular – 10,8 faiz,
hesablama maşınları, blok və qurğuları – 14,6 faiz, yük avtomobilləri – 19,0 faiz, mineral
gübrələr – 79,7 faiz, paltaryuyan maşınlar – 8,5 faiz, məişət soyuducuları – 43,2 faiz azalıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin