İranda ara qarışdı: Etirazçılar ölkə rəhbərliyini hədəfə alıb
BEY.AZ informasiya agentliyi xəbər verir
İranda hökumətin ərzaq subsidiyalarını dayandırmasına etiraz məqsədilə başlayan nümayişlər siyasi xarakter alıb.
Metbuat.az xəbər verir ki, etirazçılar ölkənin yüksək rütbəli siyasətçilərini istefa verməyə çağırıb. Röyters sosial mediada nümayişçilərin paylaşdığı məlumatlara əsasən, aksiyalar zamanı azı 4 nəfərin həyatını itirdiyini yazıb. Ölkə miqyasında müşahidə edilən etirazlara polis gözyaşardıcı qazla müdaxilə edib. Polis etirazçıların hökumət binaları istiqamətində yürüş etməsinin qarşısını almaq üçün bəzi mərkəzi yolları və meydanları bağlayıb.
Etirazçıların sosial mediada paylaşdığı videolara görə, nümayişçilər İran ordusuna məxsus mərkəzə hücum edib. Bu zaman isə aksiya iştirakçılarına atəş açılıb. Aksiyalar Tehranla yanaşı Xorasan, Nişabur və Ərdəbil şəhərlərində də müşahidə edilib. İranın rəsmi agentlikləri ölkə miqyasında aksiyaların səngidiyini açıqlasa da, nümayişçilər sosial mediadakı paylaşımlarında aksiyaların davam etdiyini irəli sürüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.