Azərbaycanlı aparıcının toyu oldu, uşaqları da qatıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Uzun müddətdir ABŞ-da yaşayan 41 yaşlı azərbaycanlı eks-aparıcı Günel Musəvi ikinci həyat yoldaşı ilə toy edib.
Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərasimdə cütlüyün doğmaları, yaxınları və dostları iştirak edib.
Bəyin əcnəbi olmasına baxmayaraq, onların xoş günündə “Vağzalı” da səslənib.
Qeyd edək ki, G. Musəvinin bu evliliyindən bir oğlu, birinci nikahından isə bir qızı var.
G. Musəvi ABŞ-a köçməmişdən əvvəl 106 FM radiosu, “ABA”, “Lider” və “Space” telekanallarında çalışıb. Bir müddət müğənnilik fəaliyyəti ilə məşğul olub. 2009-cu ildən ABŞ-da yaşayır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.