Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Tanınmış televiziyaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fuad Vəlixanov vəfat edib.
Metbuat.az xəbər verir ki, uzun zamandır xəstəlikdən əziyyət çəkən F.Vəlixanov bu gün dünyasını dəyişib.
Qeyd edək ki, F.Vəlixanov 1965-1969-cu illərdə “Molodyoj Azerbaydjana”, “Vişka” qəzetlərində və “Kommunist” nəşriyyatında əməkdaşlıq edib. 1970-ci ildən Azərbaycan Dövlət Televiziyasında redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor müavini və baş direktor işləyib.
1992-1993-cü illərdə ilk müstəqil “BM-Tİ” teleşirkətin proqramlar direktoru, 1998-1999-cü illərdə ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini olub.
2000-ci ildən Lider televiziyasında bədii rəhbər və proqramlar direktoru kimi çalışıb. 2006-cı ildən Azərbaycan Televiziyasında proqramlar direktoru vəzifəsinə qayıdıb. 2008-ci ildən “Müəllif Proqramları və Xüsusi Lahiyələr” departamentinin direktoru vəzifəsində işləyib.
2006-cı ildə “Əməkdar İncəsənət Xadimi” adına layiq görülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.