“Türkiyə dəyərli müttəfiqdir və narahatlığı aradan qaldırılmalıdır”
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacağını deyib. Çünki iki ölkə respublikanın terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiyası tələbini yerinə yetirməkdən imtina edib.
Metbuat.az xəbər verir ki, NATO Baş katibi Yens Stoltenberq Türkiyənin dəyərli müttəfiq olduğunu və bu narahatlığı aradan qaldırılmalı olduğunu deyib. O, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığından sonra tviter hesabında yazıb.
“Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ən yaxın tərəfdaşlarımız Finlandiya və İsveç tərəfindən NATO-ya üzvlük üçün müraciət qərarları haqqında danışdım. Türkiyə dəyərli müttəfiqdir və hər hansı bir təhlükəsizlik narahatlığı həll edilməlidir. Biz bu tarixi anda bir yerdə olmalıyıq”, – NATO baş katibi qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.