Dünyada ən çox həbs cəzası verilən ölkə məlum oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Dünyada ən çox həbs cəzası Çinin Uyğur mahalından verilir.
Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, Çinin Sincan əyalətinin Konaşəhərində terrorla bağlı ittihamlarla müsəlmanların hər 25 nəfərindən biri həbs cəzasına məhkum edilib.
“Associated Press” əldə etdiyi siyahıda həbsxanaya göndərilən məhkumların arasında 10 mindən çox uyğurun adını aşkarlayıb. Son illərdə Çin əsasən müsəlman azlıq olan uyğurlara qarşı vəhşicəsinə basqılar aparır və bunu “terrora qarşı mübarizə” adlandırıblar.
Bu siyahı indiyə qədər həbsdə olan uyğurların adları ilə ortaya çıxan ən böyük siyahıdır. Bu da təxminən bir milyon və ya daha çox insanın həbs düşərgələrə və həbsxanalara günahsız göndərildikləri anlamına gəlir. Bu, insan hüquqları müdafiəçilərinin illərlə Çinin qanunu repressiya silahı kimi istifadə etməsi iddiası özünü doğruldub. Çin uyğurları nəzarətdə saxlamaq üçün uzunmüddətli həbs sisteminə arxalanır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.