Azərbaycana bu ölkələrdən uçuşlara İCAZƏ VERİLDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək.
Metbuat.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək:
Bolqarıstan Respublikası;
Butan Krallığı;
Cənubi Afrika Respublikası;
Qvatemala Respublikası;
Laos Xalq Demokratik Respublikası;
Livan Respublikası;
Mavriki Respublikası;
Misir Ərəb Respublikası;
Myanma İttifaqı Respublikası;
Nepal Federativ Demokratik Respublikası;
Paraqvay Respublikası;
Şimali Makedoniya Respublikası;
Şri-Lanka Demokratik Sosialist Respublikası;
Vyetnam Sosialist Respublikası.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.