Mariupolda tarixi müqavimət başa çatdı
BEY.AZ informasiya agentliyi xəbər verir
XXI əsrin hərb tarixində önəmli iz buraxan Mariupol müqaviməti bu gün başa çatıb.
Metbuat.az-ın xəbərinə görə, şəhərin müdafiəçiləri 81 günlük mühasirədən sonra Rusiya qüvvələrinə təslim olub.
Bu müddət ərzində onlar yüzlərlə rusiyalı hərbçini, o cümlədən yüksəkrütbəli zabitləri məhv edib, işğalçı qoşunların Ukraynanın digər ərazilərinə hücumunu xeyli ləngidib.
Mariupol meriyasının məlumatına görə, Rusiyanın şəhərə təcavüzü sonucunda azı 10 min nəfər həlak olub.
Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayı olub. Şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etməyiblər. Bu səbəbdən Rusiya qüvvələri Mariupolu – xüsusilə şəhərin dörddəbir hissəsini tutan “Azovstal” zavodunu indiyədək tam ələ keçirə bilməmişdi.
Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplaya bilmiş “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.
“Report” 81 günlük mühasirədən fotoreportajı təqdim edir:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.