fbpx

İstanbulun mərkəzində atışma: Azərbaycanlı aktyor ağır yaralandı

BEY.AZ informasiya agentliyi xəbər verir

Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində iki qrup arasında baş verən silahlı insident nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb.

Metbuat.az azxeber.com-a istinadən xəbər verir ki, xəsarət alanlardan bir tanınmış azərbaycanlı aktyor Kamran Dadaşzadədir. Onun həyati təhlükəsinin olduğu və vəziyyətinin kritik olduğu öyrənilib.

Münaqişə zamanı bir nəfərin polisin silahını götürərək qarşı tərəfə atəş açması kameraya əks olunub.

Davaya müdaxilə etmək istəyən polis məmuru boyun və kürəyindən xəsarət alıb.

Toqquşmada Zahide Bozan, Fatih Çakırtaş, Ahmet Memiş, Suat Alp, Ahmet Korkular, Kamran Dadaşzadə və İbrahim Halil Küçükyılmaz yaralanıb.

Hadisə yerinə çox sayda polis gəlib.

Məlum olub ki, Polat Öztürk, Ayhan Öztürk, Mahmut Korkular və Remzi Korkular arasında əvvəllər də düşmənçilik olub.

Hadisə yerində onlarla şübhəli insan saxlanılıb.

Qeyd edək ki, yaralanan aktyor Kamran Dadaşzadə “Savaşçı” filmində rol alıb.

Onun fotosunu təqdim edirik:

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin