fbpx

Azərbaycanda mikroavtobus traktorla toqquşub, xəsarət alanlar var

BEY.AZ informasiya agentliyi xəbər verir

Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində mikroavtobus qəzaya düşüb, ilkin məlumata görə, qəza nəticəsində 10-dan çox xəsarət alan var.

Metbuat.az xəbər verir ki, Goranboy rayonundan Bakı şəhərinə hərəkət edən “Ford” markalı mikroavtobus Yevlax rayon ərazisində traktorla toqquşub. Hadisə zamanı Goranboy rayon sakinləri: – 1981-ci il təvəllüdlü Zaur Kərimov, Qəşəm Məmmədov (1965-ci il təvəllüdlü), Abbas Abbasov (1984-cü il), Süsən Rzayeva (1979-cu il), Yeganə Daşdəmirova (1970-ci il), Ayxan Rzazadə (2000-ci il), Bəylər Rzayev (2004-cü il), Aynurə Quliyeva (1986-cı il) və daha bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin