Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbəri Ömər Karaca və təmsilçisi Samir Babaoğlu ilə görüş keçirilib.
Metbuat.az xəbər verir ki, görüş zamanı MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş “Media haqqında” qanun, bu qanunun üstünlükləri, eləcə də ölkədə media reyestrinin yaradılması barədə məlumatlandırıb. Əhməd İsmayılov nümayəndə heyətinə bu reyestrin fəaliyyətə başlamasından sonra Azərbaycan media nümayəndələrinin yararlana biləcəyi imtiyazlar barədə ətraflı məlumat verib. O əlavə edib ki, “Media haqqında” qanuna əsasən onlayn mediada işləyən jurnalistlər də rəsmi status alıb.
İcraçı direktor həmçinin türkiyəli həmkarlarını Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, çap mediası və xəbər saytlarına dəstək proqramları, eləcə də digər təşəbbüslər barədə məlumatlandırıb.
Albayrak Media Group”unun rəhbəri Ömər Karaca iki ölkə mediası arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Ömər Karaca həmçinin qeyd edib ki, iki qardaş, dost ölkənin media qurumları arasında aparılan informasiya mübadiləsi hər iki tərəfin xeyrinə olacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.