Vətən müharibəsində xəsarət alan 200 hərbçi protezlərlə təmin edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Postmüharibə dövründə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində müharibədə yaralanmış qazi və yaxınlarının, habelə şəhid ailəsi üzvlərinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Artıq 2500-dən artıq şəxs bu xidmətlərlə əhatə olunub.
Agentlikdən Metbuat.az-a verilən xəbərə görə, təkcə Bakı Reabilitasiya Mərkəzində isə postmüharibə dövründə 354 qaziyə stasionar və ambulator reabilitasiya xidmətləri göstərilib.
Qeyd edilib ki, Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Eləcə də postmüharibə dövründə 1400 müharibə əlilinə 18 min reabilitasiya vasitəsi verilib, 2500 hərbçi reabilitasiya xidmətləri ilə təmin edilib.
Həmin müharibədə yaralanmış və müalicə kursları bitmiş hərbi qulluqçulardan 2900-dən çox şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Həmçinin onlara e-sistem üzərindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər təyin olunub, birdəfəlik sığorta ödənişləri verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.