fbpx

“Yazın ki, bir ailə xilas olundu və 2 uşaq atasız qalmadı…”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Aparıcı Lalə Azərtaş müzakirələrə səbəb olan sözlərinə görə onu tənqid edənlərə cavab verib.

Metbuat.az xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşım edib:

“Nənələrin sözünü Lalə Azərtaşın sözü kimi insanlara çatdıranların diqqətinə!!! Lazım olan adamlar bunu lazımsız yerə müzakirə etdi, anlayanlar isə müzakirələrə təbəssüm etdi! İndi vicdanınız varsa bunu belə paylaşın…

Rüya tabirlerini burdan oku

Və deyin… Lalə Azərtaş deyir ki, mənim qədər qadınları müdafiə edin, haqqını tapdanmağa qoymayın, hər gün neçə ananın göz yaşını silin, dağılmaqda olan ailələri xilas edin, insanlara əl uzadın, onların üzünü güldürün! Allah mənə vasitəçi kimi gözəl missiya verib! Nə vaxt nənələr yox, mən deyərəm, onda yazarsınız!

Yeri gəlmişkən, nənələr də, babalar da, analar da, atalar da nə deyibsə, düz deyib! Xanımlara, analara atəşli salam olsun, əllərindən öpürəm! Bəzilərinə isə salamla yanaşı bircə kəlmə demək istəyirəm – Allah günahlarınızı bağışlasın! Siz öz yolunuza davam, mən də öz yoluma!

Hə, varmı vicdan yazmağa, paylaşmağa?! Reytinq üçün dəyər çeynəyənlər, yemək yediyi qaba tüpürənlər, insan beynini zəhərləyənlər, bir də ən əsası məni görəndə üzümə gülümsəyənlər, yazın ki, bir ailə xilas olundu, dağılmadı və 2 uşaq atasız qalmadı…”

Qeyd edək ki, L. Azərtaş aparıcısı olduğu “Təsir dairəsi” verilişində “ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”, – deyə çıxış etmişdi. Onun bu sözləri birmənalı qarşılanmamış, sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu