fbpx

İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Metbuat.az xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Hulusi Akarın səfərinin hərbi sahədə əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Türkiyənin milli müdafiə naziri 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib. Qeyd edilib ki, bu bayram günündə də bir yerdə olmağımız qardaşlıq rəmzidir.

Rüya tabirlerini burdan oku

Söhbət zamanı Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Festivalının önəminə toxunuldu və bu tədbir yüksək səviyyəli münasibətlərimizin bariz nümunəsi kimi qiymətləndirilib.

Görüşdə digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığımızın uğurla davam etdiyi qeyd olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu