Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı
BEY.AZ informasiya agentliyi xəbər verir
Bərdə rayonunda yanğın hadisəsi baş verib.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, hadisə əslən Laçın rayonundan olan Elşən Musayevə məxsus fərdi yaşayış evində qeydə alınıb.
İkiotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Ev sahibi Elşən Musayev iddia edir ki, onun mənzilini qəsdən yandırıblar.
Musayevlər ailəsi hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verib. Rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.
Qeyd edək ki, hadisə Elşən Musayevin qızının toy məclisi zamanı baş verib. Ailə toydan çıxıb evə qayıtdıqda mənzilin yandığını görüb. Ailəyə xeyli miqdarda ziyan dəyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.