Şalğam suyunun faydaları
BEY.AZ informasiya agentliyi xəbər verir
Şalğam alma böyüklüyündə olan kök tərəvəzdir. Şalğam suyu Anadolunun Çukurova bölgəsinə xas bir içkidir. Daha çox Türkiyənin Adana, Mersin, Osmaniye kimi bir sıra cənub bölgələrində geniş istifadə olunur. Qış aylarında vitamin deposudur, həmçinin aşağı kalorili tərəvəzdir.
Metbuat.az xəbər verir ki, qida mütəxəssisi Leyla Kərimli AZƏRTAC-a deyib: “Tərəvəz ağ, qırmızı, qara və bənövşəyi rənglərdə olur. Şalğamı çiy yemək, bişirmək, şirəsini çıxarmaq və turşusunu qoymaq olar. Suyunun acı və şirin növləri var, acı şalğam suyunu hazırlamaq üçün, əsasən, acı bibərdən istifadə olunur. Lakin şalğam acı bibərlə qarışdırıldıqdan sonra uzun müddət saxlanıla bilməz. Şalğam suyu adətən kababla içilir. Plastik qabda saxlanıldığı halda dadı dəyişə bilər, buna görə də daha çox şüşə və ya saxsı qablarda saxlanılır”.
Onun dediyinə görə, bu içki daha çox kişilərin ağız dadına uyğundur və ət yeməklərinin yanında içilir: “Onun toxumundan əldə edilən yağ, hətta yarpaqları da sağlamlıq üçün faydalıdır. Şalğam həzmi asanlaşdırır, tərkibindəki lif qəbizliyi aradan qaldırır, ağciyər və bronxları təmizləyir, dəri xəstəliklərində faydalıdır. Tərkibində bol miqdarda olan kalium sayəsində yüksək qan təzyiqini aşağı salır. Revmatizm, mədə və bağırsaq xəstəlikləri zamanı çox faydalıdır. İştahanı artırır, kökəlmək istəyənlər ondan istifadə edə bilərlər”.
Tərkibində duz çox olduğuna görə yüksək qan təzyiqindən əziyyət çəkənlər və hamilə qadınlar ondan az istifadə etməlidirlər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.