fbpx

Los Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanın Müstəqillik Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 30 illiyi Los Ancelesdə təntənəli şəkildə qeyd olunub. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən keçirilən tədbirdə ABŞ siyasi xadimləri, Dövlət Departamentinin və Los Anceles Vilayətinin rəsmiləri, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost türk, yəhudi, Pakistan, Koreya, latino, İran və digər icmaların rəhbərləri iştirak ediblər.

Metbuat.az xəbər verir ki, Azərbaycan və ABŞ himnlərinin ifasından sonra çıxış edən Azərbaycanın baş konsulu, Los Anceles Konsulluq Korpusunun duayeni (sədri) Nəsimi Ağayev, Azərbaycan tarixində olduqca əlamətdar hadisə olan ilk respublikamızın yaranması və bu respublikanın nailiyyətləri haqda məlumat verib. O, 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycanın nəhəng çətinliklərlə üzləşdiyini, ancaq 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin böyük bəlalardan qurtulduğunu, Azərbaycanın inkişafının möhkəm təməllərinin qoyulduğunu diqqətə çatdırıb.

Bu gün Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini qeyd edən baş konsul, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyini, tarixi ədalətin bərpa olunduğunu və bu gün həmin ərazilərdə ağıllı və yaşıl texnologiyalara əsaslanan bərpa və quruculuq işlərinin aparıldığını vurğulayıb. Baş konsul Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib addımlar atdığını bildirib. Azərbaycan-ABŞ münasibətlərinin son 30 ildə inkişaf etdiyini qeyd edən diplomat, bir çox strateji sahələrdə ölkələrimiz arasında sıx tərəfdaşlıq münasibətlərinin yarandığını və bu münasibətlərin ortaq dəyərlərə və maraqlara söykəndiyini diqqətə çatdırıb.

Rüya tabirlerini burdan oku

Sonra çıxış edən ABŞ Dövlət Departamentinin Xarici Missiyalarla İş üzrə Los Anceles Ofisinin regional direktoru Qreçen Franke (Gretchen Franke), ABŞ adından bütün azərbaycanlıları Müstəqillik Günü münasibətilə təbrik edib. Q.Franke son 30 ildə Azərbaycan ilə ABŞ-ın sıx tərəfdaşlara çevrildiyini bildirib. O, ölkələrimizin birgə çalışaraq, Avropada enerji təhlükəsizliyini və sabitliyi təşviq etdiyini, transmilli təhdidlərə qarşı mübarizə apardığını və iki ölkə arasında ticarət və investisiyaların artdığını söyləyib. ABŞ diplomatı qeyd edib ki, beynəlxalq qeyri-müəyyənliklərin çox olduğu indiki dövrdə enerji mənbələrinin diversifikasiyası və beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində ABŞ və Azərbaycanın 30 illik əməkdaşlığı ikitərəfli münasibətlərimizin belə bir tarixi məqamda necə bəhrə verdiyini göstərir.

Sonra çıxış edən Yuta Senatoru Cin Deyvis (Gene Davis) Azərbaycanın ABŞ üçün önəmli strateji tərəfdaş olduğunu və son illərdə ABŞ-ın Yuta ştatı ilə güclü münasibətlərin yaradıldığını qeyd edərək, Yuta Ştat Senatı və Nümayəndələr Palatasının Azərbaycanın Müstəqillik Günü ilə bağlı qəbul etdiyi bəyannaməni baş konsul N.Ağayevə təqdim edib.

Daha sonra çıxış edən Los Anceles Vilayətinin Protokol Xidmətinin rəhbəri Lurdes Saab (Lourdes Saab) Azərbaycan xalqını və Azərbaycan icmasını bu gözəl gün münasibətilə təbrik edərək, Los Anceles Vilayətinin Nəzarətçilər Şurası tərəfindən qəbul edilmiş bəyannaməni təqdim edib.

Tədbirdə, həmçinin Baş Konsulluğun Müstəqillik Günü ilə bağlı hazırladığı qısa film və milli geyimlərimiz nümayiş etdirilib, xalq mahnıları ifa edilib və Ləman Musayevanın ifasında Azərbaycan xalq rəqsləri təqdim olunub. Qonaqlar, Azərbaycan mətbəxinin ləziz təamları və şirniyyatları, həmçinin müxtəlif nəşrlərlə tanış olublar. Tədbir böyük maraqla qarşılanıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu