fbpx

Süni gündəlik nəyə lazımdır? -VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir

“Elçibəyin özünün rüşvətdə, korrupsiyada, ölkəni dağıtmaqda ittiham etdiyi bir qrupun özündə İlham Əliyevi təhdid etməyə cəsarət tapması həm də bizim, təcrübəli media nümayəndələrinin təqsiridir. Biz onların əslində kim olduqlarını təcrübəsiz və məlumatsız insanlara göstərmirik. Onların aldadılmasında bizim də günahımız var. Ona görə də elə srağagün əfv edilmiş kəslərin yenidən qurbanlıq edilməsi üçün tədarükə indidən başlayırlar. Əfv edilənlər arasında dövlətə minnətdarlığını bildirənlər, həyata yenidən qayıtdıqlarını, əvəzini öz namuslu xidməti ilə çıxacağını vəd edən, hələ ki, dürüst düşünmək iqtidarında olanlar sonradan korlanmasalar əlbəttə, var. Amma əmin deyiləm ki, özünə youtube kanalı açaraq, əldə etdiyi populyarlıqdan eqoistcəsinə istifadə edən, layk işarəsi uğrunda mübarizə aparan bu zaman onun efirində kimin nə dediyinə fikir verməyən aparıcıların dəvəti efirdə düşündüklərini yox, qarşısındakının kiməsə və haralarasa ötürmək istədiklərini deməyəcək”.

Metbuat.az xəbər verir ki, bunu tanınmış telejurnalist Mirşahin Ağayev “Mir Şahinin Vaxtı” verilişində deyib. O, 2020-ci ildə girovluqdan azad olunan Şahbaz Quliyevin Azərbaycanda bir sıra “YouTube” kanallarına dəvət edilərək bu şəxsin fikirlərinin birtərəfli şəkildə açıqlamasına şərait yaradılması, bununla da “Media haqqında” qanunun tələblərinin pozulmasına işarə edib:

“Ömrünün neçə ilini erməni əsirliyində keçirən, məsələn, əsir Şahbazın Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi antiazərbaycan ruhunda müsahibələr böyük ajiotaja səbəb olmurdu. Ona görə ki, əsirlikdədir də, təzyiq ediblər, canının qorxusundan deyir kimi düşüncə trafareti var. Amma həmin əsirin gəlib Azərbaycanda “Youtube” kanalında öz dövlətini, onun beynəlxalq nüfuzunu hədəfə alan tərzdə çıxış etməsi artıq başqa məna verir. Bu şəxsin müsahibəsini ermənistan kanalları geninə boluna istifadə edir və öz dilindən təqdim edirlər ki, gördünüz, adam özü etiraf edir ki, diversantdı, onu hansısa kabinetdən Kəlbəcərə xüsusi tapşırıqla yola salıblar. Həmin əsir azad şəkildə dövlət qurumları qarşısında aksiya keçirməklə hələ sonadək anlamadığı pisliyi bu dəfə dövlətə qarşı şüurlu şəkildə etdiyini dərk etmirsə, bu artıq hüquq-mühafizə orqanlarının diqqətində olmalıdır. Ermənistanın təzyiqi altında aqressorun maraqlarının tələb etdiyi ifadələri əsirlikdə verməyə məcbur edilmiş bir bədbəxtin gəlib həmin sözləri Azərbaycanda “Youtube” kanalında deməsi ciddi məsuliyyət yaradır. Axı peşəkar jurnalistika respondentin söylədiyi istənilən kəlmə qarşısında heyranlıq nümayiş etdirməklə risk siqmentinə daxil olan respondentin fikirlərini 100 faiz həqiqət kimi dərhal təqdim etməyi qəbul etmir. Bir neçə mənbədən yoxlanılması vacib olan məlumatların cəmiyyətə çatdırılması bir şeydir, Azərbaycana, dövlətçiliyimizə qarşı təhqir və təhdid müharibəsi elan etmiş fərariləri Azərbaycanda çalışan “Youtube” kanallarında müsahibəyə cəlb etmək, yaxud onlarla intervüyə cəlb olunmaq, onların fəaliyyətini bizim media haqqında qanunun ərazisində legitimləşdirmək başqa şey. Niyə keçmiş əsir elə indi də özünü əsir kimi aparır. Ermənilərin istədiyini deyir. Haaqa məhkəməsində Ermənistan-Azərbaycan çəkişməsi dönəmində. Niyə Bakıda ermənilərin hərbi cinayətlərinin ifşa edən məhkəmə bu qədər ajiotajla təqdim edilmirdi? Amma bir zavalı əsirin çıxışındakı antiazərbaycan müddəalar “Youtube” kanallarında belə səxavətlə tirajlanır? Axı bu xalq həmin əsirlərin azad edilməsi uğrunda mübarizə aparıb! Prezident danışıqlarda bütün əsirlərin, itkin düşmüş azərbaycanlılarımızın, o cümlədən onların qeyd-şərtsiz azad edilməsi məsələsini qoyub. Axı Şuşa uğrunda döyüşlənlər həm də o gün, o vaxt Şuşanın həbsxanasında olan Şahbaz və Dilqəm uğrunda da vuruşaraq şəhid olublar. Niyə süni gündəlik yaradırıq?”

Mirşahin Ağayevin hazırladığı həmin verilişi təqdim edirik:

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin