Abşeronda keçmiş əri tərəfindən öldürülən qadının FOTOSU
BEY.AZ informasiya agentliyi xəbər verir
Abşeron Gənclər Şəhərciyində qətl hadisəsi baş verib.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
1995-ci il təvəllüdlü Rəqsanə Muradova keçmiş əri tərəfindən binanın həyətində bıçaqlanıb. Qadına ümumilikdə 6 bıçaq zərbəsi vurulub.
Yaralı qadın xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, R.Muradova həyat yoldaşından bir neçə ay əvvəl ayrılıb. Onların birgə nigahından iki azyaşlı övladı var. R.Muradovanın keçmiş əri öz bibisi oğlu olub.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs saxlanılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.