fbpx

Ötən ay Sabunçuda narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 98 nəfər saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 64-ü barəsində məhkəmə tərəfindən həbs, 34-ü haqqında isə polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 27 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Qeyd edilən dövr ərzində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Bakıxanov, Maştağa, Balaxanı, Zabrat və digər ərazilərdə yerləşən evlərdən, mağazalardan, ödəmə terminallarından silsilə oğurluqlar edən əlavə 19 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 50-ə yaxın evdən, eləcə də obyektdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları müəyyən edilib.

Qeyd edilən faktların hər biri ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin