Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Narkotik vasitənin təsir altında taksi fəaliyyəti göstərən şəxs ifşa olunub.
Bu barədə Metbuat.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, İdarənin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında taksi fəaliyyəti göstərən Vüqar Süleymanzadənin qanunazidd əməllərinin qarşısı alınıb.
Belə ki, mayın 31-də “TOYOTA PRİUS” markalı, 99-RT-704 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən Vüqar Süleymanzadə Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən stasionar postda saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı taksi sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Vüqar Süleymanzadənin narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Özü ilə yanaşı taksi xidməti göstərdiyi müştərilərinin də həyatını təhlükəyə atan Vüqar Süleymanzadə barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.