Ərdoğan Putini razı salıb – Dünyanı narahat edən problem həll edilir
BEY.AZ informasiya agentliyi xəbər verir
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ukraynadan taxıl və buğda ixracı ilə bağlı danışıqlarda müsbət nəticələr əldə edib”.
Metbuat.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron açıqlama verib. O bildirib ki, Türkiyənin Qara dənizdə problemin həllində vacib rolu var. Makron qida böhranına səbəb olacaq problemin yaxın vaxtlarda həll olunacağına ümid etdiyini ifadə edib.
Qeyd edək ki, Ukrayna limanlarında 20 milyon tondan çox taxıl və buğda qalıb. Rusiya tərəfi bəyan edib ki, ölkəyə qarşı sanksiyalar ləvğ edilərsə, gəmilərin Ukrayna limanlarından ayrılmasına icazə veriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.