Bu marşrut üzrə gediş haqqı 35 qəpik oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
2 iyun tarixindən 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s – Hövsan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən Metbuat.az-a verilən məlumata görə, 132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı 0,35 manat müəyyən edilib.
Qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi “BakıKart” vasitəsilə nağdsız formada həyata keçirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.