fbpx

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olundu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş qeyd edilir.

“Azərxalça” ASC-dən Metbuat.az-a verilən məlumata görə, uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissəsidir. Bu səbəbdən Azərbaycanda uşaqların sağlam, savadlı, hərtərəfli, vətənpərvər və ən əsası vətəndaş kimi formalaşması üçün şərait yaradılmasına xüsusi diqqət verilir.

Bu il Uşaqların Beynəlxalq Müdafiəsi Günündə“Azərxalça” ASCKapital Bank ASC , Qırmızı ürəklər (Red Hearts) Fondu və Mcdonalds-ın birgə tərəfdaşlığı ilə “Hər şey mümkündür”layihəsinin həyata keçirilməsində iştirak etdi. Layihə çərçivəsində uşaqlar üçün təşkil olunan ustad dərsləri “Azərxalça” ASC – nin İçərişəhərdə yerləşən nümayiş salonunda keçirildi. Cəmiyyətin xüsusi qonaqları xalçalarla tanış oldu, toxuma prosesində iştirak etdi və daha sonra yaradıcı qrupun nəzarəti altında milli xalça naxışlarını öz təxəyyüllərinə uyğun boyadılar.

Rüya tabirlerini burdan oku

Həyata keçirilən bu layihə daun sindromlu uşaqların sosial reabilitasiyasına töfhə verir. Daun sindromlu uşaqların bacarıq və iradələrinin nümayiş olunması üçün nəzərdə tutulan layihənin onlarda pozitiv əhval-ruhiyyə yaratmaq və cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyəti çox mühimdir. Layihə çərçivəsində benefesiarlara müxtəlif istiqmətlərdə master-klasslar (qurama, modellik, inkluziv rəqs, rəsm və gil sənəti ilə bağlı) həyata keçirilmişdir. Məqsəd bu kateqoriyadan olan uşaqların bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyasına, onların ailələrinə dəstəyin göstərilməsidir. Gerçək həyat təcrübəsi qazandırmaq və uşaqların öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək olmaq layihənin əsas kompanentlərindən biridir.

Bu dəfə xalça dünyasına səyahət edən daun sindiromlu uşaqlarda xalça toxumaq, ornamentləri boyamaq və rəngli saplarla oynamağın, xalçaların sirli sehirli rənglərinin də əslində çox yaxşı reabilitasiya üsulu olduğunu vurğulamaq yerinə düşər. Xüsusilə pandemiya dönəmində bir çoxreabilitasiya mərkəzlərinin fəaliyyətinin dayandırılması ilə uzun müddət evdə qalan uşaqlar üçün təşkil olunan tədbir çox faydalı olmaqla yanaşı,maraqla qarşılanıb.

Dünyada bütün uşaqların qayğıya və diqqətə ehtiyacı var. Lakinxüsusi qayğıya ehtiyacı olan uşaqlarla ilin hər günü maraqlanmaq vacibdir, onlar planlı və peşakar şəkildə köməyə ehtiyac duyurlar. Daun sindromlu uşaqlar xüsusi bir təlimlə normal fərd kimi cəmiyətə qatılıb peşə sahibi ola bilər

Məlumat üçün bildirək ki, bu gün 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində “Azərxalça” ASCbu tədbirləri il ərzində davam etməyi planlaşdırır.

Uşaqlar gülsün, Dünya gülsün!



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu