Türkiyə Rusiyanın nəzarətindəki bölgəyə ordu yeridir
BEY.AZ informasiya agentliyi xəbər verir
“Ümid edirik ki, Türkiyə Suriyada hərbi əməliyyat keçirmək fikrindən daşınar”.
Metbuat.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova belə açıqlama verib. O bildirib ki, Türkiyənin həmləsi Suriyadakı gərgin vəziyyəti daha da gərginləşdirəcək. Zaxarova eyni zamanda bildirib ki, Rusiya Türkiyənin Suriyadakı narahatlığını anlayır. “Suriyanın razılığını almadan atılacaq addım Suriyanın suverenliyinin pozulması anlamına gəlir” – deyə Zaxarova bildirib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada təhlükəsizlik bölgələrinin yaradılması ilə bağlı işlərin tamamlanacağını açıqlamışdı. Türkiyə antiterror əməliyyatlarının keçirmək istədiyi bölgələr PKK/PYD terrorçularının işğalı altında olsa da, ərazilərin bir hissəsinə ABŞ, bir hissəsinə isə Rusiya nəzarət edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.