fbpx

“Xəngəland” restoranında nöqsanlar aşkarlanıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan müraciət əsasında Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küç., ev 88, m.5 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” restoranında apardığı plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı məlum olub.

AQTA-dan Metbuat.az-a verilən məlumata görə, müəssisənin mətbəx sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalın qəbulu və saxlanılması, yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, müəssisədə müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müəssisədə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Rüya tabirlerini burdan oku





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu