fbpx

​Yay tətilini Azərbaycanda keçirmək neçəyə başa gəlir?

BEY.AZ informasiya agentliyi xəbər verir

Məlum olduğu kimi, Azərbaycanda 2019-cu ildən davam edən sərt karantin qaydaları yumşaldılıb. Yay fəsli yaxınlaşdıqca tətil üçün xaricə üz tuta bilməyənlər daxili turizmin imkanlarından yararlanmaq istəyir.

Metbuat.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin apardığı son sorğulara görə, əcnəbi turistlər əsasən Göygöl, Lerik, Qəbələ və Qubanı bəyənirlər. Onlar üçün ən populyar şəhərlər Bakı (63 min), Qəbələ (50 min), Qusar (30 min), Lerik (22 min) və Qubadır (20 min).

Bəs daxili turizmimizdən yararlanmaq istəyən vətəndaşlarımız üçün qiymətlər nə yerdədir?

Araşdırmalarımıza görə, ölkədaxili birgünlük turlara nəqliyyat, səhər yeməyi və ekskursiyalar daxildir. Hazırda 1 nəfər üçün günlük turlar İsmayıllı – Qəbələ turu 25 manatdan başlayır, Lənkəran–Lerik turu 25 manat, Quba–Xınalıq turu 45 manat, Gədəbəy turu 35 manat, Quba turu 22 manat, Şəki-Qax-İlisu turu 30 manat təşkil edir.

İkigünlük turlardakı qiymətlər bir az daha yüksəkdir. Bu turlarda nəqliyyat və 2 dəfə səhər yeməyindən başqa hoteldə gecələmə, əyləncəli oyunlar, ekskursiyalar daxil edilir. Məsələn,
Quba-Qusar turu 1 nəfər üçün 110-120 manat, Tovuz-Gədəbəy 80 manat, Balakən Zaqatala-Qax turu 80 manat, Qax-Şəki-Qəbələ 80 manatdan başlayır.

Naxçıvana getmək istəyənlər üçün 2 günlük istirahət paketləri 200 manatdan başlayır. Buraya hotel, gəzinti, təyyarə bileti, gündə2 dəfə səhər yeməyi daxildir.

Turla istirahət etmək istəməyib öz şəxsi büdcələri ilə istirahət etmək istəyənlər üçün isə qiymətlər də tur qiymətlərindən kəskin fərqlənir.

Araşdırmalarımıza görə, bölgələr üzrə sadəcə 1 gecəlik qalmaq üçün turizm imkanlarına cavab verən hotellərdə 100 manatdan başlayan qiymətlər var. Turizm imkanlarına ən yüksək səviyyədə cavab verən hotellərdə isə bu qiymətlər 200 manatdan başlayır və buraya sadəcə səhər yeməyi daxildir.

Belə ki, cənub zonasında hazırda 1 gecə üçün 2 nəfərlik yerlərin qiyməti 100 manatdan başlayır və bu qiymət 300 manatadək çata bilir. Hətta bəzi hotellərdə həftə içi və həftə sonu qiymətlər arasında artımla müşahidə olunan qiymət fərqi var. Qeyd edilən qiymətlərə sadəcə səhər yeməyi daxildir. Ailəvi yerlər isə 200 manatdan başlayır.

Xarici turistlərin ən çox önəm verdikləri Qəbələ-İsmayıllı bölgəsindədə qiymətlər turizm imkanlarına görə dəyişir. 1 gecə üçün tək nəfərlik 70 manata da hotel tapa bilərsiniz, amma turizm imkanları orta və daha yüksək səviyyədə olan hotellər şəbəkəsində qiymətlər 100 manatdan başlayaraq 300 manatadək çata bilir.

Azərbaycanın zəngin təbiət imkanlarına malik Quba–Qusar bölgəsindəki qiymətlər digər bölgələrdəki qiymətlərdən çox da fərqlənmir. Bu zonada da yaxşı istirahət etmək üçün pul kisənizin ağzını daim açıq tutmalısınız. 1 gecəlik və tək nəfərlik, sadəcə səhər yeməkləri daxil olan təklif qarşılığında 150 manatdan yuxarı xərc ödəməlisiniz.

Şəki-Zaqatala bölgəsində də qiymət fərqi çox deyil. Turizm imkanları nisbətən zəif hotel şəbəkələri üçün 1 gecə üçün 100 manatdan az xərc ödəyə bilərsiniz. Nisbətən daha yüksək səviyyəli hotellərdə isə 100 manatdan yuxarı qiymətlər mövcuddur.

Həmçinin Naxçıvanda istirahət etmək istəyənlər üçün də geniş turizm imkanları mövcuddur. Araşdırmalarımıza görə, burada da hotel imkanlarından istifadə qiymətləri 1 gecə üçün 100 manatdan başlayır.

Qeyd etmək lazımdır ki, araşdırma zamanı 50 manatdan başlayan turizm yerlərinə də rast gəldik. Sadaladığımız bu qiymətlər turizm imkanlarını orta və yüksək səviyyədə təşkil edən hotellər şəbəkəsinə aiddir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin