Xəbərlər

İsmayıllıda ərzaq mağazasında nöqsanlar aşkarlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları İsmayıllı şəhəri, Məhsəti küçəsində yerləşən, fiziki şəxs Tahirov Bəhriyar Abdurrəhim oğluna məxsus ərzaq mağazasında keçirdiyi planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

AQTA-dan bey.az-a verilən məlumata görə, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, vaxtaşırı təmizlik işlərinin aparılmadığı, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, həmçinin yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. İstehlakayararsız məhsullar satışdan çıxarılıb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

Başa dön tuşu