fbpx

“Müəllimlərin göbək rəqsi oynaması biabırçılıqdır, bu peşəni gözdən salırlar”

BEY.AZ informasiya agentliyi xəbər verir

“Bu, çox ayıbdır. Müəllimin qara kostyumu, ağ köynəyi, qırmızı qalstuku olmalıdır. Ona müəllim deyirlər. Müəllimə italyanlar “padri” deyir və bu isə ata deməkdir.

Türklər isə hocam, öyrətmənim deyir. Bizdə isə küçədən keçənə də müəllim deyirlər”.

Metbuat.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov müəllimlərin sosial şəbəkədə gündəm olan göbək rəqsini də pisləyib:

“Müəllimlərin göbək rəqsi oynaması biabırçılıqdır. Müəllim adına yaraşmayan bir hərəkətdir. Ona görə müəllim peşəsini gözdən salırlar. Müəllim tərbiyə, mədəniyyət deməkdir. O, yenilik etməlidir, kəndinin mədəniyyətini qaldırmalıdır. Bu adi bir peşə deyil axı, müəllim gedib göbək rəqsi oynasın”.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına liseydə müəllimlərdən birinin göbək rəqsi oynaması və digərinin onun sinəsinə pul basması sərt tənqid edilib. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin