Novxanıda istirahət mərkəzində iki kişi qısqanclıq zəminində bıçaqlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Novxanıda istirahət mərkəzində iki kişi qısqanclıq zəminində bıçaqlanıb.
Bu barədə Metbuat.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyunun 6-ı saat 01 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzində iki şəxsə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla qeyd edilən istirahət mərkəzində Sədulla Sərdari və Ramiz Yarəliyevin qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı orada istirahətə gələn Həmid Abulov və Namid Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürülmələrinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ramiz Yarəliyev və Sədulla Sərdari şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.