fbpx

Daxili İşlər Nazirliyi “Formula-1” ərəfəsi zamanı gücləndirilmiş iş rejiminə keçəcək

BEY.AZ informasiya agentliyi xəbər verir

İyunun 7-də Daxili İşlər Nazirliyində Bakı şəhərində baş tutacaq “2022 Formula-1 Azərbaycan Qran Prisi”nin keçiriləcəyi müddətdə ictimai asayişin mühafizəsinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında naziryanı əməliyyat müşavirəsi keçirilib.

Metbuat.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.

İyun ayının 10-12-də keçiriləcək “2022 Formula-1 Azərbaycan Qran Prisi” yarışı ərəfəsində və günləri zamanı da gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyini diqqətə çatdıran nazir, iştirakçıların, azarkeşlərin, ölkəyə gələn qonaqların və xarici media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi, yarışın keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, buraxılış məntəqələrində təhlükəsizliyin gücləndirilməsi, eləcə də insanların rahat, maneəsiz hərəkət etmələri üçün əlverişli şəraitin təmin edilməsi barədə tələb və tövsiyələrini verib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin