Tıxaca görə sürücüləri günahlandırdı – “Bəzi sürücülərin səhlənkarlığı…”
BEY.AZ informasiya agentliyi xəbər verir
İyunun 10-12-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtda bağlanmış, istiqaməti dəyişdirilmiş küçə və prospektlər barədə məlumat verməyimizə baxmayaraq, təəssüf ki, bəzi sürücülərin səhlənkarlığı, diqqətsizliyi, şəxsi mənafelərini ictimai mənafelərdən üstün tutulmaları bəzən narahatlıq yaradır.
Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Formula-1 yarışları ilə bağlı şəhərin bəzi küçələrinin bağlanması, digər küçələrdə sıxlığın dözülməz həddə çatması barədə danışarkən deyib.
V.Əsədov qeyd edib ki, texniki cəhətdən nasaz avtomobilin idarə edilməsi və ya kiminsə “özünəməxsus qaydada” manevrlər etməsi, hərəkət istiqamətinin bir zolağında maşını saxlaması və digər səbəblər sıxlığa təsir göstərir:
“Texniki nasaz avtomobillərdən imtina etmək, qaydalara tam əməl etmək lazımdır. Yol ayrıclarında iki-üç polis əməkdaşımız nizamlayıcı qismində olur. Nizamlayıcı polisin göstərişinə ciddi şəkildə riayət edilməlidir. Əfsuslar olsun ki, bəzi sürücülərimiz yol zolaqlarına və dayanma-durma qaydalarına düzgün əməl etməməklə süni sıxlığın yaranmasına səbəb olurlar”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.