fbpx

Paşinyan Lavrovla görüşdü – “Rusiyanın dəstəyinə ümid edirik”

BEY.AZ informasiya agentliyi xəbər verir

“Rəsmi Yerevan, Rusiya Ermənistan və Azərbaycanın delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə milli komissiyalarını daha səmərəli işləmək üçün dəstəkləyəcəyinə ümid edir.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

“Bu yaxınlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli işçi komissiyanın ilk iclası keçirilib. Artıq ikinci iclasın Moskvada, üçüncü iclasın isə Brüsseldə keçirilməsi planlaşdırılır. Bu kontekstdə Biz Rusiya Federasiyasının dəstəyinə ümid edirik ki, bu proses təbii şəkildə inkişaf etsin və təsirli olsun”, – deyə Paşinyan bildirib.

Xatırladaq ki, mayın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların yaradılması haqqında fərman imzalayıblar. Bu komissiyaların ilk iclası mayın 24-də iki ölkənin sərhədində baş tutub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin