fbpx

“RİA Novosti” Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olan müsahibəni sildi

BEY.AZ informasiya agentliyi xəbər verir

Rusiyanın “RİA Novosti” agentliyində dərc olunan Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma nümayəndəsi Artak Beqlaryanın müsahibəsi silinib.

Metbuat.az xəbər verir ki, hazırda müsahibənin dərc olunduğu səhifə aktiv deyil və səhifəyə keçid yoxdur.

Qeyd edək ki, qanunsuz qurumun qondarma naziri kimi təqdim edilən Artak Beqlaryan ilə geniş müsahibə Azərbaycan ictimaiyyətində ciddi narazılığa səbəb olub.

Azərbaycan XİN “RİA Novosti”nin bu paylaşımının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin müddəalarına zidd olduğunu bəyan edib.

Hadisədən sonra “RİA Novosti” İnformasiya Agentliyinin saytına Azərbaycan ərazisində girişi qadağan olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin