Ofisiant kağıza yazdığı qeydi gizlicə 13 yaşlı qıza göstərdi: Dəhşətli hadisənin üstü açıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ-ın Florida əyalətində ofisiant dəhşətli hadisənin üstünü açıb.
Metbuat.az xəbər verir ki, o, restorana atası ilə gələn uşağın hərəkətlərindən şübhələnib. Ofisiant kağıza “Sənə kömək lazımdır?” yazdığı qeydi gizlicə uşağa göstərib. Kimliyi gizli saxlanılan 13 yaşlı qız köməyə ehtiyacı olduğuna işarə edib. Ofisiant əraziyə polis çağırıb. Məlum olub ki, qızın yanındakı şəxs onun ögey atasıdır. Araşdırmalar zamanı ögey atanın uşağı istismara və şiddətə məruz qoyduğu üzə çıxıb.
Bildirilir ki, qız ailədən uzaqda olan yerdə saxlanılıb. O, hərbi xarakterli çətin tapşırıqlar icra etməyə məcbur edilib. Uşaq qida ilə az təmin olunub. Polis ögey atanı nəzarətə götürüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.