fbpx

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclasının vaxtı açıqlanıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 14-də keçiriləcək Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak etmək üçün Londona səfər edib.

Metbuat.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, iclasda Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, investisiyaların artırılması, enerji keçidi, rəqəmsal iqtisadiyyat, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması planlaşdırılır.

Qeyd edək ki, iki ölkə arasında Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Britaniya tərəfdən isə ixracat naziri Mike Freerdir.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu